Logo
    main-post-cover

    ABŞ-də Discord və Meta-ya qarşı yeni iddia

        ABŞ-nin Kaliforniya ştatında yaşayan və məhkəmə sənədlərində "Jane Doe" kimi təqdim olunan qadın Discord və Meta şirkətlərinə qarşı iddia qaldırıb. İddiada əsas diqqət istifadəçilərin paylaşdığı məzmuna deyil, platformaların dizaynına və təhlükəsizlik mexanizmlərinə yönəlib. Hüquqşünaslar hesab edir ki, bu yanaşma sosial media şirkətlərinə qarşı aparılan məhkəmə işlərində yeni presedent yarada bilər.
    Comprehensive Discord Review: Features, Security, and User Benefits
        İddia müəllifləri bildirirlər ki, Discord və Meta uzun illərdir ABŞ-nin Rabitə Etikası Qanununun verdiyi hüquqi müdafiədən istifadə edərək məsuliyyətdən yayınırlar. Lakin bu dəfə şirkətlər istifadəçi paylaşımlarına görə deyil, məhsulun dizaynı və təhlükəsizlik qərarlarına görə məsuliyyətə cəlb edilməyə çalışılır. Məhkəmə sənədlərində Discord-un anonimlik, azyaşlılarla səsli və görüntülü danışıq imkanları, ekran paylaşımı kimi funksiyalarının cinayətkarlar tərəfindən sui-istifadəni asanlaşdırdığı iddia edilir. Həmçinin şirkətin məcburi yaş və şəxsiyyət yoxlamasını tətbiq etmədiyi, böyüklərin azyaşlılara şəxsi mesaj göndərməsinin qarşısını alan texniki məhdudiyyətlər yaratmadığı vurğulanır.
        Meta ilə bağlı iddialarda isə Instagram-da yetərli yaş yoxlamasının olmadığı, alqoritmlərin və axtarış sisteminin azyaşlı istifadəçiləri bir-birinə yaxınlaşdıraraq onları böyüklər üçün daha asan hədəfə çevirdiyi qeyd olunur. Discord iddianın ABŞ qanunvericiliyindəki Section 230 müddəası əsasında tamamilə rədd edilməsini istəyir. Meta isə işin artıq davam edən sosial media asılılığı ilə bağlı digər məhkəmə proseslərinə birləşdirilməsini tələb edir.
     
    Paylaş