main-post-cover

    ABŞ-ın keçmiş prezidenti Donald Trump öz sosial şəbəkəsini istifadəyə verəcək

    Sosial Media
    21.10.2021
    Emil Nəcəfov
        ABŞ-ın keçmiş prezidenti Donald Trump TRUTH Social adlı fərdi sosial şəbəkəni istifadəyə verəcəyini elan edib. Onun sözlərinə əsasən bu yeni sosial şəbəkə böyük texnoloji şirkətlərin “zalımlıqları” ilə mübarizə aparacaq. Donald Trump-ın mətbuat katibi Liz Harrington öz Twitter hesabında bildirib ki, sosial şəbəkə Trump Media and Technology Group (TMTG) şirkətinin ilk layihəsidir. Sözügedən şirkət Digital World Acquisition Group adlı şirkət ilə SPAC birləşmə (IPO prosesi olmadan birjaya çıxmaq istəyən şirkət ilə birləşmək məqsədi üçün yaradılmış formal şirkət) sayəsində NASDAQ birjasında səhmlərini təqdim edəcək.
        Qeyd etmək lazımdır ki, bu ilin əvvəlində Facebook şirkəti öz sosial şəbəkəsində Donald Trump-ın hesabını 2 il müddətinə bloklaşmışdı. Səbəb isə 6 yanvar tarixində ABŞ Konqres Binasında mitinq ilə bağlı Donald Trump-ın çağırışları olub. Verilmiş məlumata əsasən TRUTH Social adlı tətbiq hal hazırda App Store platformasında ön sifariş mərhələsindədir. Onun beta versiyası dəvətnamə əldə etmiş istifadəçilər üçün noyabr ayında start götürəcək. Yeni sosial şəbəkənin hamı üçün 2022-ci ilin birinci rübündə aktiv olacağı gözlənilir.
    Linki kopyala