main-post-cover

    'Amazon' özünün messencerini hazırlayır

    Sosial Media
    17.07.2017
    Farid Pardashunas

    “Amazon”, Anytime adlı messencer hazırlayır.

    Online ticarət sahəsində aparıcı şirkət, artıq öz potensial müştərilərinin hansı funksiyalara tələbatları olduqları haqqında araşdırmalar aparmağa başlayıb. Anytime, özündə özəl və qrup çatları, səs və video ismarıclar ilə foto göndərmək özəlliklərini birləşdirərək sosial şəbəkələrlə rəqabət aparacaq bir tətbiq kimi planlaşdırılır. İstifadəçilər öz foto və videolarına müxtəlif filtrlər, xüsusi effektlər və maskalar tətbiq edə, digər istifadəçilərin səhifələrinin linklərini yerləşdirə, GIF animasiya və stikerlərdən istifadə edə, oyun oynaya və musiqi dinləyə biləcəklər. Yeni messencerin yaradıcıları qeyd edirlər ki, Anytime, təhlükəsiz və şifrələnmiş sistemə sahib olacaq. Çatlar bağlı şəkildə olacaq. Bu isə öz növbəsində bank hesabları kimi məlumatların şifrələnməsinə yardımçı olacaq. Bu əsas bir xüsusiyyətdir. Belə ki, sadalanmış bütün özəlliklərdən əlavə olaraq istifadəçilər bu messencer vasitəsilə həmçinin alış-veriş də edə biləcəklər. Son bir neçə ay ərzində “Amazon”, artıq ismarıc kommunikasiya bazarına çıxıb. Belə ki, bir neçə müddət bundan öncə şirkət, videokonfranslar üçün Chime Amazon adlı tətbiqi anons etmişdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər