Amazon Twitch yayımlarından AI öyrətmək üçün istifadə edəcək
Sosial Media
13.08.2026
Sevinj
Amazon Twitch platformasındakı strimerlərin məzmunundan öz generativ süni intellekt modellərini öyrətmək üçün istifadə etməyə başlayır. Yeni qaydanın ən çox müzakirə edilən tərəfi isə istifadəçilərin bu sistemə avtomatik olaraq daxil edilməsidir. Yəni Twitch-də kontent yaradan şəxs ayrıca imtina etmədiyi halda, onun kanalındakı video və audio məzmun Amazon-un süni intellekt modellərinin təlimində istifadə oluna bilər.
Twitch-də hər gün minlərlə saat canlı yayım həyata keçirildiyini nəzərə alsaq, bu məlumatlar Amazon üçün böyük həcmdə video, səs və danışıq məlumatı deməkdir. Lakin qərar strimerlər arasında ciddi narazılığa səbəb olub. İstifadəçilər hesab edirlər ki, belə bir sistemdə standart seçim razılıq deyil, imtina olmalıdır. Yəni kontent yalnız müəllif açıq şəkildə icazə verdikdən sonra AI təlimində istifadə edilməlidir. Twitch-in məhsullar üzrə direktoru Mike Minton şirkətin rəsmi yayımında bunun niyə belə edilmədiyini açıq şəkildə izah edib:
“Əgər sistem opt-in olsaydı, heç kim qoşulmazdı. Dürüst cavab budur.”
Başqa sözlə, Twitch hesab edir ki, istifadəçilərdən əvvəlcədən razılıq istənilsəydi, strimerlərin böyük hissəsi məzmununun AI təlimində istifadəsinə icazə verməyəcəkdi.
Paylaş
