main-post-cover

    Android smartfonlar üçün Instagram'ın sadələşdirilmiş versiyası Instagram Lite təqdim olundu

    Sosial Media
    28.06.2018
    Farid Pardashunas
        Instagram fotoservisi Android üçün öz tətbiqinin daha sadələşdirilmiş versiyası olan Instagram Lite tətbiqini təqdim etdi. Instagram Lite aşağı yaddaş həcmli büdcəli smartfon modelləri və internetin sürəti zəif olan regionlar üçün nəzərdə tutulub. Bu barədə Techcrunch saytı xəbər verib. Instagram Lite smartfonda yalnız 573 KB yer tutur. Orijinal Instagram tətbiqinin həcmi isə 32 MB-dır. Instagram Lite vasitəsilə fotolara filtr effektləri verib onları Stories-də və ya ana səhifədə paylaşmaq olar. Bundan əlavə olaraq Lite versiya istifadəçiləri digər insanların Stories paylaşımlarına baxa və Explore bölməsini incələyə bilərlər. Lakin Instagram Lite vasitəsilə fotoservisə video yükləmək və ya Direct mesajları göndərib/qəbul etmək mümkün deyil. Bununla yanaşı Instagram Lite tətbiqində reklam da yoxdur.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər