Android üçün olan Youtube tətbiqinə çoxdan gözlənilən Dark Mode rejimi gəldi
Sosial Media
30.07.2018
Farid Pardashunas
Qeyd etmək lazımdır ki, iOS istifadəçiləri bu yeni
funksiyanı hələ bu ilin Mart ayında əldə etmişdilər. İndi isə Youtube üçün
Dark Mode funksiyası Android əməliyyat sisteminə gəlir. Çoxdan gözlənilən bu
yeni funksiya Android əməliyyat sistemli smartfonlarda tədricən aktiv olacaq.
Funksiyanın gəlməsindən sonra onu videoservisin ayarlarında aktiv etmək mümkün
olacaq. Bütün istifadəçilərin Dark Mode rejimini nə zaman əldə edəcəkləri hələki
bilinmir. Çox güman ki, buna bir neçə gün vaxt lazım olacaq. Qeyd etmək lazımdır ki,
Dark Mode rejimi videoservisin interfeysini ağ mətnli boz-qara fona dəyişir. Bu
cür rejim gecə vaxtlarında video izlənmə zamanı gözlərə o qədər də təzyiq göstərmir.
Bundan əlavə olaraq əgər siz çıxıntılı ekrana sahib smartfon istifadə
edirsinizsə, Dark Mode rejimi həmin çıxıntı hissəni bir qədər görünməz edəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)