main-post-cover

    “Apple”dan Dünya Emosiya Gününə xüsusi təbrik!

    Sosial Media
    18.07.2017
    Orxan Jafarli
    Texnologiya nəhəngi “Apple”, texnologiyanın gətirdiyi yeniliklərə təbii ki qeydsiz qalmır və dünya emosiya gününə xüsusi olaraq hazırladığı yeni emosiyalarını istifadəçilərin xidmətinə təqdim etdi.

    Bu gün dünya emosiya günüdür və “Apple” firması da bu əhəmiyyətli (!) günə qeydsiz qalmayaraq iOS, MacOStvOS platformaları üçün yeni emosiyalarını təqdim etdi. Yeni emosiyalarını sentyabr ayında az əvvəl saydığımız platformalar üçün istifadə edilə bilər olacağı da açıqlandı.
    Dünya Emosiya Günü nədir?
    Emosiyalar bildiyiniz kimi artıq həyatımızda böyük bir yer əldə edən və ikitərəfli dialoqların önünə belə keçməyi bacararaq, iki adam arasında görüntülərlə əlaqə qurulamasına imkan tanıyan kiçik vizuallardır.
    Bundan bir neçə il əvvəl “Smiley” tərifi istifadə edilsə də, emosiya adı altında cihazlara gələn tətbiqlərdən sonra adları bir anda emosiya halına gəldi. Qısacası bildiyimiz gülən, əsəbiləşən, ağlayan, gülməkdən gözündən yaşlar axan üz ifadələrinə emosiya deyirik.
    Nəticə olaraq da bir neçə ay əvvəl emosiyalar üçün bir kino filmi çəkiləcəyinin açıqlanmasının ardından indi də Dünya Emosiya Günü elan edilməsini qəribə qarşılamamak lazımdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər