Apple qaydaları sərtləşdirir: Patreon-da köhnə ödəniş modeli ləğv olunur
Sosial Media
29.01.2026
Ilhama
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Patreon platformasında kontent yaradanlar Apple-ın yeni tələbi səbəbilə vacib bir dəyişiklik etməli olacaqlar. Şirkət açıqlayıb ki, 1 noyabr 2026-cı ilədək bütün Patreon yaradıcıları abonə əsaslı ödəniş sisteminə keçməlidir.
Patreon bu qərarın öz istəyi olmadığını açıq şəkildə etiraf edib. Şirkət blog yazısında bildirir ki, Apple-ın son qərarı ilə razılaşmır və bu, son 18 ay ərzində Apple tərəfindən üçüncü dəfə siyasət dəyişikliyidir. Patreon-a görə, bu cür tez-tez dəyişən qaydalar yaradıcıların stabil və uzunmüddətli biznes qurmasına ciddi zərər vurur. İndiyə qədər Patreon-un ödəniş sistemi müəyyən “boz zona”da fəaliyyət göstərirdi. Yaradıcılar iOS tətbiqi üzərindən deyil, platformadan kənar ödəniş ala bilirdilər və Apple-a komissiya ödəmirdilər. Bunun səbəbi isə bəzi məzmunların tətbiq daxilində, bəzilərinin isə xaricdə istifadə olunması idi. Lakin Apple bu boşluğu artıq aradan qaldırıb və bütün ödənişlərin App Store-un abonə sistemi üzərindən aparılmasını tələb edir. Patreon bildirir ki, Apple ötən ilin sonunda Patreon tətbiqinin yenilənməsini bloklayıb və açıq şəkildə xəbərdarlıq edib: əgər bu tələb yerinə yetirilməsə, tətbiq App Store-dan çıxarıla bilər. iOS istifadəçilərinin sayının çoxluğu səbəbilə bu risk Patreon üçün qəbuledilməzdir.
Paylaş