Logo
    main-post-cover

    Apple Vision Pro üçün visionOS 26.4 yeniliyi

        Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, Apple Vision Pro istifadəçiləri yaxın gələcəkdə daha çox oyun və tətbiqlə qarşılaşa bilər. visionOS 26.4 yeniləməsi ilə birlikdə təqdim olunan yeni imkanlar VR məzmununun platformaya gətirilməsini xeyli asanlaşdırır.
        Apple-ın developer sənədlərinə əsasən, visionOS 26.4-də Foveated Streaming adlı yeni funksiya istifadəyə verilib. Bu texnologiya istifadəçinin baxdığı nöqtəni yüksək keyfiyyətdə render edir, periferik (kənar) sahələrdə isə detal səviyyəsini azaldır. Nəticədə həm hesablama gücünə qənaət edilir, həm də performans artır.
        Apple bildirir ki, Foveated Streaming yüksək keyfiyyətli kontentin stream edilməsinə imkan verir və eyni zamanda istifadəçi məxfiliyini qoruyur. Bundan əlavə, sistem hibrid işləmə modelini dəstəkləyir. Məsələn, RealityKit obyektləri lokal olaraq emal edilə, digər vizual elementlər isə bulud üzərindən işlənə bilər. Bu isə daha balanslı performans və daha az gecikmə deməkdir.
    Paylaş