main-post-cover

    Artıq Facebook-da da göndərilmiş ismarışları digərlərinin cihazlarından silə biləcəksiniz

    Sosial Media
    07.04.2018
    Farid Pardashunas
        Facebook ismarışlara “Unsend” düyməsini əlavə etməyi planlaşdırır. Bu barədə şirkət təmsilçiləri Techcrunch saytına bildiriblər. 6 Aprel tarixində Facebook təsdiq etdi ki, şirkətin yaradıcısı Mark Zuckerberg-in göndərdiyi ismarışları pozur. Sosial şəbəkə təmsilçilərinin sözlərinə əsasən bu tədbir təhlükəsizlik baxımından görülür.
        Belə ki, 2014-cü ildə Sony Pictures şirkətinin hack olunmasından sonra Facebook Mark Zuckerberg tərəfindən göndərilən ismarışların qalma vaxtlarını azaldıb. Adi insanlar da çatlarda göndərdikləri ismarışları poza bilərlər. Lakin fərq ondan ibarətdir ki, adi insanların pozduqları ismarışlar yalnız öz hesablarından silinəcək. İsmarışları qəbul etmiş şəxsin hesabında isə onlar qalacaqlar. Techcrunch ilə söhbətlərində şirkət təmsilçiləri bildirdilər ki, onlar “Unsend” düyməsini hamı üçün aktiv etməyi planlaşdırırlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər