Logo
    main-post-cover

    Avstraliya Meta, Google və TikTok-a 2.25 % vergi tətbiq edir

        Technote.az “TNW” platformasına istinadən bildirir ki, Avstraliya hökuməti Avstraliya ərazisində fəaliyyət göstərən böyük texnologiya platformalarına qarşı yeni maliyyə mexanizmi təqdim edib. “News Bargaining Incentive” adlanan qanun layihəsinə əsasən, Meta, Google və TikTok kimi platformalar yerli media qurumları ilə əməkdaşlıq etmədiyi halda gəlirlərinin 2.25 %-i həcmində vergi ödəməli olacaqlar.
    Australia plans 2.25% tax on Meta, Google, TikTok over unpaid news content  https://t.co/pvrU6ieB3D #AI #Google #Meta #Australia #tax #TikTok
        Yeni qaydaların 1 iyul 2026-cı ildən qüvvəyə minməsi planlaşdırılır. Hökumət bu addımı platformaları yerli xəbər istehsalçıları ilə müqavilələr bağlamağa təşviq etmək üçün “kök və çubuq” yanaşması kimi təqdim edir. Əgər şirkətlər media qurumları ilə razılaşma əldə etsələr, bu vergi üzrə müəyyən güzəştlər əldə edə biləcəklər.
        Qanun layihəsinə görə, əgər platformalar heç bir media ilə əməkdaşlıq etməzsə, 2.25 %-lik vergi tam şəkildə tətbiq olunacaq və toplanan vəsait jurnalistlərin sayına uyğun olaraq media qurumları arasında bölüşdürüləcək. Bu mexanizm xüsusilə kiçik və regional media qurumlarını dəstəkləməyə yönəlib.
        Hökumət bildirir ki, bu model əvvəlki 2021-ci il “News Media Bargaining Code” qanununun yerini alacaq. Həmin qanun platformaları media ilə danışıqlara məcbur edirdi, lakin son illərdə effektivliyini itirdiyi qeyd olunur. Xatırladaq ki, həmin dövrdə Meta platformasında xəbər paylaşımını müvəqqəti bloklamışdı.
        Diqqətçəkən məqamlardan biri isə odur ki, yeni qanun layihəsi süni intellekt çatbotlarını əhatə etmir. Yəni yalnız sual-cavab əsaslı xidmətlər təqdim edən AI sistemləri bu vergidən kənarda qalacaq. Bu addım beynəlxalq kontekstdə də diqqət çəkir. Oxşar təşəbbüslər daha əvvəl Kanada və Avropa İttifaqında tətbiq edilsə də, Avstraliyanın təklif etdiyi model konkret faiz dərəcəsi ilə fərqlənir və daha sərt yanaşma hesab olunur.
     
    Paylaş