main-post-cover

    Aylıq 1 dollar maaş alan Mark Zuckerberg'in Facebook'a 1 il ərzində verdiyi zərərin miqdarı

    Sosial Media
    17.04.2018
    Nijat Hamid
    Rəsmi olaraq sənədlərdə 1 dollar maaş aldığı yazılan Facebook CEO-su Mark Zuckerberg-in şirkət tərəfindən ödənən illik xərcləri artıq zərər olaraq qeydə alınır. Belə ki, səyahətlər zamanı təhlükəsizliyin təmin edilməsi, xüsusi təyyarələrin sifarişi və evində olan xidmətçilərin maaşları belə Facebook tərəfindən ödənilir.
    Facebook şirkəti Mark Zuckerberg-in illik xərclərinə 8.8 milyon dollar ödəyir və bu çox yüksək bir məbləğdir.    
    Facebook-un 2-ci idarə edici şəxsi olan Sherly Sandberg üçün isə illik 2.6 milyon dollar dəyərində xərc çəkilir. Amma bir faktor var ki, Sherly Sandberg 250 milyon dəyərində Facebook hissə sənədlərinə malikdi. Yəni şirkətdəki pay dəyəri Mark-ın malik olduğundan daha çoxdu. Digər tərəfdən Apple CEO-su olan Tim Cook üçün illik  317 min dollar xərc çəkilir və müqayisə etdiyimiz zaman Zuckerberg-in xərclərinə görə çox azdır. Analitiklərin dediklərinə görə, Mark Zuckerberg-in illik xərci şirkətə zərər şəklində geri qayıdır. Ona görə tez zamanda bu xərclər azaldılmalıdır.  
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər