Logo
    main-post-cover

    Bluesky-də yeni funksiya: Artıq müəyyən istifadəçilərin repostlarını gizlətmək mümkündür

        Bluesky istifadəçilərə lentlərini daha rahat idarə etməyə imkan verən yeni funksiya təqdim edib. Artıq platformada müəyyən bir istifadəçinin repostlarını lentdən gizlətmək mümkündür. Yeni funksiya xüsusilə izlədiyi şəxsin çox sayda repost paylaşması səbəbilə lentində maraqlanmadığı məzmunları görmək istəməyən istifadəçilər üçün faydalı ola bilər.
        İstifadəçilər repostlarını gizlətmək istədikləri şəxsin profilinə daxil olaraq üç nöqtə işarəsinə toxunmalı və “Hide reposts in feeds” seçimini aktivləşdirməlidirlər. Bu halda həmin şəxsin repostları istifadəçinin lentində görünməyəcək. Bənzər funksiya X platformasında da mövcuddur.
        Yeni funksiyanı Bluesky-ın parametrlər bölməsindən aktivləşdirmək mümkündür. Oxşar post sayğacı funksiyası Meta-nın Threads platformasında da istifadə olunur.
    Paylaş