Logo
    main-post-cover

    Bluesky-ın yeni CEO-su təsdiqləndi

        Bluesky müvəqqəti rəhbər kimi fəaliyyət göstərən Toni Schneider-in artıq rəsmi şəkildə şirkətin baş icraçı direktoru (CEO) olduğunu açıqlayıb. Schneider bu ilin mart ayında 2021-ci ildən Bluesky-a rəhbərlik edən Jay Graber-in vəzifədən ayrılmasından sonra müvəqqəti CEO təyin edilmişdi. O, bundan əvvəl şirkətdə investor və məsləhətçi kimi fəaliyyət göstərirdi. Dörd aylıq keçid dövründən sonra isə bu vəzifəyə daimi əsaslarla gətirilib. Yeni CEO açıqlamasında bildirib ki, bu vəzifəni qəbul etməsinin əsas səbəbi Bluesky-ın missiyasına inanmasıdır. Onun sözlərinə görə, məqsəd açıq mənbəli və mərkəzləşdirilməmiş ictimai ünsiyyət texnologiyalarının geniş yayılmasını təmin etmək və açıq sosial internet ekosisteminin inkişafına töhfə verməkdir.
    Bluesky finally lets users look at posts without logging in | TechCrunch
        Toni Schneider texnologiya dünyasında tanınmış rəhbərlərdən biridir. O, əvvəllər WordPress platformasının sahibi olan Automattic şirkətinin qurucu CEO-su kimi fəaliyyət göstərib. Keçmiş CEO Jay Graber isə vəzifədən ayrılarkən bildirmişdi ki, Bluesky artıq inkişafın yeni mərhələsinə qədəm qoyduğu üçün şirkətin miqyasını böyütmək və əməliyyat proseslərini idarə etmək sahəsində təcrübəli rəhbərə ehtiyac yaranıb. Graber hazırda şirkətdə Baş İnnovasiya Direktoru vəzifəsində çalışır və məhsulun inkişafına fokuslanır.
    Paylaş