Logo
    main-post-cover

    Bluesky moderasiya dəyişikliklərini elan edib

        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki…

        Bluesky platforması moderasiya prosesinə dair yeni dəyişikliklər etdiyini açıqlayıb. Yeniliklərə tətbiq daxilində əlavə şikayət kateqoriyalarının təqdim olunması, “strike” sistemində dəyişikliklər və qaydaları pozanlara daha ətraflı məlumat verilməsi daxildir. Moderasiya yenilənmələri Bluesky tətbiqinin son versiyası (v.1.110) ilə birlikdə istifadəyə verilir. Bu versiya həmçinin qaranlıq rejim üçün yeni tətbiq ikonu və paylaşımlara kimlərin cavab verə biləcəyini idarə etməyə imkan verən funksiyanı da əhatə edir.
        Şirkət bildirir ki, bu dəyişikliklər platformanın sürətli inkişafı və istifadəçilərin bir-birilərinə qarşı davranışları ilə bağlı daha aydın standartların vacibliyi səbəbindən edilib. Bluesky komandasının açıqlamasında qeyd olunur ki, platformada insanlar tanış olur, məzmun yaradıcıları kəşf edilir və müxtəlif mövzular ətrafında müzakirələr aparılır. Yenilənmiş qaydalar Bluesky-ın icma mühitini qorumaq və platformanın X-də olduğu kimi zəhərli diskussiya məkanına çevrilməsinin qarşısını almağa yönəlib.
    Paylaş
    Bənzər xəbərlər