
Böhtanlara son. LegalFling adlı yeni tətbiq qızın cinsi əlaqəyə razılığını blockchaində qeyd edir
Sosial Media
11.01.2018
Təsəvvür edinki siz hansısa qız ilə görüşdəsiniz və hər şey yolunda gedir.
Nəticədə qız sizinlə evə getməyə
razılıq verir. Romantika səviyyəsi yüksək həddə çatıb və siz artıq lazımi işi
görməyə hazırsınız. Lakin bu zaman siz smartfonunuzu çıxardaraq qızın cinsi əlaqəyə
razılığını xüsusi üsul ilə qeyd edirsiniz. Bir tərəfdən bu, romantikanın
tamamilə məhv olmasının səbəbidir. Digər tərəfdən isə sonradan yaranacaq
problemlərə qarşı yaxşı sübut üsuludur. İstənilən halda siz LegalFling adlı
yeni tətbiq vasitəsilə icbari hüquq müqaviləsinin və bu barədə blockchaində
qeyd olunması ilə birlikdə cinsi əlaqədə olmamışdan öncə bir və ya bir neçə
partnyorunuzdan razılıq əldə edə bilərsiniz.
Bu yeni tətbiqdə razılıq aktının tərtib
olunması optimizasiya olunub və hətta razılığın blockchain texnologiyasına
bağlılığı əlavə olunub. Tətbiqdə həmçinin messencer (Məsələn WhatsApp) vasitəsilə
razılığın əldə olunması sorğusunun göndərilməsi özəlliyi də var. Lakin bütün
bunlara baxmayaraq LegalFling tətbiqinin bu cür hallarda məsələnin məhkəməyə
kimi çıxması zamanı tutarlı bir sübut kimi çıxış edib-etməməsini söyləmək çətindir.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...