Logo
    main-post-cover

    Bu tətbiq 24 saatlıq Amerikanın ən böyüyü oldu!

        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, keçən yay Bria Sullivan “Focus Friend” adlı tətbiqini istifadəyə verməyə hazırlaşanda onun ən böyük arzusu 100 min yükləmə idi. Məqsəd sadə idi: istifadəçilərə ekran vaxtını azaltmağa kömək edən sevimli “rəqəmsal dost” yaratmaq. O, tətbiqi məşhur kontent yaradıcısı Hank Green ilə birlikdə hazırlamışdı və ümid edirdi ki, bəlkə məhsuldarlıq (productivity) kateqoriyasında top-10-a düşə bilərlər. Amma həmin kateqoriyada ChatGPT, Google, Gmail kimi nəhənglərin olduğunu nəzərə alsaq, bu hədəf belə çox iddialı görünürdü.
    App Review: Focus Friend by Hank Green
        Avqust ayında sosial mediada güclü tanıtım və mediada çıxan xəbərlərdən sonra Focus Friend sürətlə yüksəlməyə başladı:
    • Əvvəlcə öz kateqoriyasında top-10
    • Sonra ümumi siyahıda top-10
    • Və nəhayət, 19 avqustda ABŞ-də həm iOS App Store, həm də Google Play-də ən çox yüklənən pulsuz tətbiq
        Bu zirvə cəmi 1 gün davam etdi. Ertəsi gün ChatGPT yenidən birinci yerə qayıtdı. Buna baxmayaraq, həmin bir gün belə tarixə düşmək üçün kifayət idi. Focus Friend artıq rəsmi olaraq “#1 in the App Store” tətbiqi idi.
        Apple-ın açıqlamasına görə:
    • Hər həftə 850 milyon insan App Store-dan istifadə edir
    • 2008-dən bəri developer-lər 550 milyard dollardan çox gəlir əldə ediblər
    • 2024-cü ildə mağazada 1.9 milyondan çox tətbiq var
        2012-ci ildən bəri ABŞ iOS App Store-un pulsuz tətbiqlər siyahısında cəmi 569 fərqli tətbiq #1 olub. Bu, bütün tətbiqlərin 0.02 %-indən də azdır. Ən çox zirvədə qalan tətbiqlərdən biri Temu olub – 399 gün birinci yerdə.
        100 gündən çox zirvədə qalan digər tətbiqlər:
    • Facebook Messenger
    • ChatGPT
    • YouTube
    • TikTok
    • Zoom Workplace
    • Bitmoji
    • Threads
        Bu tətbiqlər artıq App Store-un “Mount Rushmore”u hesab olunur.
    Paylaş