
Bu tətbiqlə, nifrət etdiyiniz xüsusiyyətlər üzərindən ciddi münasibət qura bilərsiniz
Sosial Media
07.05.2017
Farid
Sözügedən tətbiq vasitəsilə tamamilə fərqli üsulla axtardığınız insanı tapa bilərsiniz.
Sadəcə dost olmaq və ya ciddi
münasibət qurmaq üçün hansısa insanı axtaranda adətən bizim seçimimiz
qarşılıqlı simpatiya, ümumi maraqlar və hobbilər üzərində yaranır. 29 yaşlı
britaniyalı Brendan Alper, digər insana, əşyaya və ya təzahürə qarşı nifrət üzərindən
dost və ya sevgili tapmağın mümkün olub-olmadığını yoxlamaq istəyib. Beləliklə
o, Hater adlı yeni tanışlıq tətbiqini yaradıb. Sözügedən tətbiqin axtarış bölməsində
sizi ən çox qəzəbləndirən xüsusiyyətləri qeyd edirsiniz. Məsələn sizdə qəzəb
yaradan hansısa məşhur ulduzun və ya əşyanın adını qeyd edə bilərsiniz. "Hater
tətbiqi, ciddi tanışlıqları daha maraqlı və məzəli üsul ilə insanın qarşısına
çıxır. Bizim nifrət etdiyimiz hər-hansı bir şey, bizim kim olduğumuzu
formalaşdırır. Lakin çox vaxt bu bizim daxilimizdə gizli olaraq qalır və
ictimai şəkildə nəql olunmur. Kiminsə sizin kimi hansısa xüsusiyyətdə nifrət
etdiyini bildiyinizdə, söhbətə başlamaq daha asan olur” – deyə Brendan Alper
bildirib. Hal-hazırda Hater, iOS eksklüzividir. Lakin artıq yaz fəslində tətbiq, Android üçün də aktiv olacaq.
Paylaş
Bənzər xəbərlər