
Bundan sonra Instagram'da kimin online olduğunu görə biləcəksiniz
Sosial Media
20.07.2018
Məşhur Instagram fotoservisi rəsmi olaraq elan edib ki,
bundan sonra istifadəçilər öz dostlarından hansılarının online
olub-olmadıqlarını görə biləcəklər. Bu yeni funksiya Facebook Messenger-dəki
kimi çalışır. Belə ki, sizin Direct-də ünsiyyətdə olduğunuz şəxsin fotosunun
altında yaşıl dairəvi işarə əks olunacaq. Əgər siz hansısa səbəbdən sizin
dostlarınızın sizin online olub-olmadığınızı görmələrini istəmirsinizsə, bunu
istədiyiniz zaman ayarlar vasitəsilə deaktiv edə bilərsiniz. Sözügedən yeni
funksiya artıq bütün Instagram istifadəçiləri üçün aktiv edilib.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...