Logo
    main-post-cover

    Bundan sonra Instagram-da təkcə insanları follow etməyəcəksiniz

    Sosial Media
    13.12.2017
    Məşhur Instagram servisi hashtaglara abunə olmaq imkanını istifadəçilərə təqdim etdi.
    Hər hansı bir hashtaga abunə olmaq üçün axtarış bölməsində lazımi hashtagı yazıb və ya onun üzərinə klik edərək hashtagın səhifəsinə daxil olmaq lazımdır. Abunə olmaq üçün düymə isə hashtagın səhifəsində yerləşəcək. Hər hansı bir hashtaga abunə olandan sonra istifadəçinin ana səhifəsində seçilmiş hashtaglar üzrə ən məşhur paylaşımlar əks olunacaq. Stories bölməsində isə bu və ya digər seçilmiş hashtag ilə bağlı paylaşımlar olacaq. Bundan əlavə olaraq digər istifadəçilərin də hansı hashtaglara abunə olduqlarını görmək mümkündür.

    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Bundan sonra Instagram-da təkcə insanları follow etməyəcəksiniz | Technote