
Çoxdan gözlənilən funksiya gəldi: Whatsapp'a qrup videçatları əlavə olundu
Sosial Media
31.07.2018
Emil
Whatsapp-a çoxdan gözlənilən funksiya gəldi. Belə ki, bugündən
etibarən Android və iOS istifadəçiləri sözügedən messencerdə 4 nəfərədək qrup
videoçatları vasitəsilə ünsiyyət qura biləcəklər. Bu funksiyadan istifadə etmək
üçün ilk öncə bir nəfərlə videoçat yaratmaq lazımdır. Bundan sonra əlavə 2 nəfəri
qrup videoçatına əlavə etmək üçün ekranın yuxarı sağ hissəsindəki xüsusi düyməyə
klik etmək lazımdır. Məlumata əsasən messencerdəki qrup videoçatları adi mətn
mesajları kimi end-to-end sxemi üzrə şifrələnir.

Qeyd etmək lazımdır ki, qrup
videoçatlarının yaradılması üçün messencer tərtibatçıları bir xeyli vaxt sərf
ediblər. Adi videoçat funksiyası hələ 2 il bundan öncə təqdim olunmuşdu. Bu
ilin May ayında isə F8 Facebook konfransında Mark Zuckerberg bildirmişdi ki, Whatsapp
və Instagram-a qrup videoçatları əlavə olunacaq. Instagram bu funksiyanı İyul
ayının əvvəlində əldə etmişdi. Beləliklə yeni funksiyadan istifadə etmək üçün
sadəcə olaraq messenceri son versiyayadək yeniləmək lazımdır.
Paylaş
Bənzər xəbərlər