
Çoxdan gözlənilən funksiya: Whatsapp'a yaxın zamanda stikerlər gələcək
Sosial Media
17.07.2018
Emil
Bir çox məşhur messencerlər öz stikerlərini artıq çoxdandır
ki, istifadəyə verib. Bu messencerlərə misal olaraq ICQ, WeChat, Skype, Facebook Messenger və
Allo-nu gətirmək olar. Lakin Whatsapp-da sözügedən funksiya nədənsə indiyənə
kimi reallaşdırılmayıb. Buna baxmayaraq WABetainfo-nun məlumatlarına əsasən məşhur
messencerin 2.18.218 nömrəli beta versiyasında stikerlər funksiyasının izləri
aşkar edilib. Qeyd etmək lazımdır ki, Whatsapp üçün sözügedən funksiyanın
olacağı barədə ilk məlumat hələ bu ilin May ayında keçirilmiş Facebook F8
konfransında verilmişdi.

Lakin həmin vaxtda funksiyanın messencerə nə zaman əlavə
olunacağı barədə məlumat verilməmişdi. Bununla belə biz həmin stikerlərin
messencerdə necə görünəcəyini görə bilərik. Hələki iki stiker siyahısının
fotoları sızdırılıb: Bibimbap Friends və Unchi & Rollie. Çox güman ki,
stikerlər funksiyası yaxın zaman ərzində aktivləşdiriləcək. Messencerin yeni
versiyasında stikerlər mağazası aktiv olacaq. Həmin mağazadan müxtəlif stiker
siyahılarını əldə etmək mümkün olacaq. Çox güman ki, bəzi stikerlər Facebook
Messenger-dən inteqrasiya olunacaq. Lakin Whatsapp-a aid özəl stikerlərin də olacağı gözlənilir.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
