Dələduzlar WhatsApp sayəsində pul qazanmağın yolunu tapıblar
Sosial Media
25.01.2018
Farid Pardashunas
Dələduzlar ənənəvi spamlı sxemdən istifadə edirlər.
Belə ki, onlar şəxsi və qrup
ismarışları vasitəsilə Burger King-dəki pulsuz kupon barəsində ismarışlar
yayırlar. Həmin ismarışlara isə uduşlu oyun linki əlavə edirlər. İsmarışın
daha inandırıcı olması üçün onlar hətta Burger King-in loqosundan və şirkətin
saytına bənzər linkdən də istifadə edirlər. Buna görə də bir çoxları əslində bu
ismarışların saxta olduğunu bilə bilmirlər. Linkə kliklədikdə uduş oyunun
qaydaları əks olunmuş saxta səhifə açılır.
Həmin saxta səhifə isə bu ismarışı
digər WhatsApp istifadəçiləri arasında yayılmanı tələb edir. Dələduzlar pul və
ya istifadəçinin şəxsi məlumatlarını oğurlamağa çalışmırlar. Onlar saxta səhifədə
reklamla bağlı modul yerləşdiriblər və həmin reklamların baxış sayları sayəsində
pul qazanırlar. Həmçinin dələduzlar saxta link vasitəsilə Google Chrome üçün zərərli
əlavə də yayırlar. Sayt cihazın tərzini təyin edir və əgər istifadəçi kompüter
vasitəsilə daxil olubsa onu həmin zərərli əlavənin olduğu səhifəyə yönləndirirlər.
“ESET” şirkətinin mütəxəssisləri Yanvar ayı üzrə həmin səhifəyə 27.000 keçid
aşkar ediblər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək