Logo
    main-post-cover

    DİN-dən vətəndaşlara çağırış: sosial şəbəkələrdə ehtiyatlı olun

    Sosial Media
    28.04.2026
        Sosial şəbəkələrdə və onlayn platformalarda “brend məhsullar çox ucuz qiymətə satılır” məzmunlu saxta reklamlar yayılır. Bu reklamlar istifadəçiləri cəlbedici təkliflərlə aldadır.
        Technote.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu cür elanlar əksər hallarda məşhur brendlərin adından istifadə etməklə etibar qazanmağa yönəlib. Məqsəd vətəndaşları şübhəli saytlara yönləndirməkdir.
        Məlumata görə, məhsullar bazar qiymətindən xeyli ucuz təqdim olunur. “Son fürsət” və “məhdud sayda” kimi ifadələrlə istifadəçilərdə tələskənlik yaradılır.
        Bu üsullar vasitəsilə əsas məqsəd şəxsi və bank kartı məlumatlarının ələ keçirilməsidir. İstifadəçilər düşünülməmiş şəkildə məlumatlarını paylaşa bilirlər.
        DİN şübhəli linklərə daxil olmamağı və yalnız etibarlı platformalardan istifadə etməyi tövsiyə edir. Həmçinin hər hansı şübhəli əməliyyat zamanı dərhal banka və hüquq-mühafizə orqanlarına məlumat verilməsi vurğulanır.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    DİN-dən vətəndaşlara çağırış: sosial şəbəkələrdə ehtiyatlı olun | Technote