
Donald Trump Truth+ adlı streaming servisini işə salıb
Sosial Media
08.07.2025
Emil
ABŞ prezidenti Donald Trump-ın ailəsinə məxsus Trump Media şirkəti Truth+ adlı streaming xidmətinin qlobal şəkildə istifadəyə verildiyini elan edib. Bu addım konservativ xəbər platforması olan və mart ayında birjada listinqə çıxmış Newsmax-a ABŞ xaricində də əhatə dairəsini genişləndirməyə imkan verəcək. İstifadəçilər Truth+ tətbiqi vasitəsilə iOS, Android, veb versiya və Apple TV, Android TV, Amazon Fire TV və Roku daxil olmaqla smart televizorlar üçün tətbiqlər üzərindən canlı kanallara və istəyə uyğun videolara baxa bilərlər.

Truth+ xəbərlər, şoular və filmlər daxil olmaqla, böyük media şirkətlərinin bloklamağa çalışdıqları məzmunları da təqdim edir. Streaming xidməti özünü texnologiya şirkətlərinin senzurasına qarşı davamlı bir platforma kimi təqdim edir. Hazırda canlı yayımlar və videoməzmun pulsuz şəkildə əlçatandır - abunəliklə bağlı heç bir məlumat verilməyib. Hazırda Truth+ beta-test mərhələsindədir. Bu mərhələ iyunun sonunda qapalı rejimdə başlamışdı, indi isə qlobal miqyasda genişləndirilib. Trump Media bildirib ki, streaming texnologiyasının beta-testinə davam edəcək və istifadəyə verilmə prosesi irəlilədikcə istifadəçilərin rəylərini toplayacaq.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
