main-post-cover

    Dünyada ilk dəfə məhkəmədə qalib gəlmiş məşhur internet memi

    Sosial Media
    25.01.2018
    Farid Pardashunas
    Grumpy Cat kimi tanınan məşhur pişik öz sahibəsi Tabatha Bundensen-ə 710.000$ vəsait qazandırıb.
    Belə ki, “Grumpy Cat Limited” adlı şirkət müəllif hüquqlarını pozmuş Grenade adlı coffee shop ilə olan məhkəmədən qalib ayrılıb. “Grumpy Cat Limited” və Grenade 2013-cü ildə müqavilə bağlamışdılar. Həmin müqaviləyə əsasən Grenade pişiyin təsvirini özünün Grumppuccino adlı içkisinin satışında istifadə edə bilərdi. Lakin Bundensen-in iddiasına görə 2015-ci ildə Grenade razılıq çərçivəsindən kənara çıxaraq Grumpy Cat markası altında üyüdülmüş qəhvə və Grumppuccino köynəkləri satmağa başladı.

    Coffee shop-un Grumpy Cat markasını yalnız Crumppuccino içkisinin satışında istifadə oluna biləcəyi xəbərdarlığına isə Grenade heç reaksiya verməyib. Bundan sonra isə pişiyin sahibəsi məhkəməyə baş vurub. Grenade-nin vəkilləri də öz növbələrində Bundensen-in şirkətinin razılaşma şərtlərini pozduğunu bildiriblər. Belə ki, onların iddialarına əsasən pişik lazımi videoçəkilişlərdə iştirak etməyib. Lakin nəticədə məhkəmə “Grumpy Cat Limited” şirkətinin tərəfini tutub. Qeyd etmək lazımdır ki, narazı üz ifadəsinə sahib pişik 2012-ci ildə məşhurlaşdı. 2014-cü ildə isə Bundensen Grumpy Cat brendi sayəsində 100 milyon dollara yaxın vəsait qazandı.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər