
Dünyanın ən məşhur milyarderləri və ulduzları 1 saat ərzində nə qədər vəsait qazanırlar?
Sosial Media
28.08.2018
Emil
Business Insider saytı dünyanın məşhur
milyarderlərinin 1 iş saatı ərzində nə qədər gəlir əldə etdiklərini hesablayıb.
1 iş saatı ərzində əldə olunan gəliri hesablamaq üçün jurnalistlər milyarderlərin
il ərzində əldə etdikləri gəlir məlumatlarını (həmin məlumatlar açıq mənbə kimi
təqdim olunurlar) və Forbes məlumatlarını analiz ediblər. Qeyd etmək lazımdır
ki, ən varlı məşhur ulduzların siyahısı da Forbes məlumatları əsasında
hazırlanıb. Beləliklə ən varlı şəxslərin əldə etdikləri illik gəlir 1 il ərzində
iş saatına (2000 saatdan bir qədər çox) bölünüb. Beləliklə Amazon şirkətinin CEO-su Jeff
Bezos 1 iş saatı ərzində 4.5 milyon dollar vəsait qazanır.
Bu, Amazon şirkətinin
əməkdaşlarının orta illik gəlirlərindən (təqribi olaraq ildə 28.5 min dollar)
157 dəfə çoxdur. Facebook şirkətinin CEO-su Mark Zuckerberg 1 saat ərzində 1.7
milyon dollar, Walmart-ın
CEO-su Alice Walton 1.4 milyon
dollar qazanır. Siyahıdakı digər milyarderlər isə 1 saat ərzində 1 milyon dollardan
az qazanırlar. Məsələn Alphabet holdinqinin CEO-su Larry Page 924.000$, Tesla
şirkətinin CEO-su Elon Musk 684.000$, əvvəllər dünyanın ən varlı adamı olmuş
Bill Gates isə 450.000$ qazanır. Business Insider-in siyahısında 1 saat ərzində
ən çox vəsait qazanan tanınmış ulduzlar arasında isə birinci yeri aktyor George
Clooney tutub. O, 1 saat ərzində 27.000$ vəsait qazanır.
Paylaş
Bənzər xəbərlər