
Dünyanın ən məşhur mobil tanışlıq servisi Tinder-in web versiyası gəlir
Sosial Media
07.05.2017
Farid
Dünyanın ən məşhur tanışlıq mobil tətbiqi olan Tinder, öz web versiyasını təqdim edib.
Tinder Online adlı tətbiq məhz kompüterlər üçün nəzərdə
tutulub və elə optimallaşdırılıb ki, istifadəçi özünə yaxın bildiyi insanı
kompüter qarşısında oturan zaman belə tapa bilsin. Tinder Online da mobil
versiya kimi Facebook hesabı vasitəsilə girişi tələb edir və mobil versiyada
olan Tinder Boost və Tinder Like kimi ödənişli funksiyaları aktiv etməyib.
Tinder-in məhsul şöbəsinin rəhbəri Brian Norgard-ın sözlərinə əsasən Tinder
Online, məhz inkişafda olan bazarlardakı insanlar və mobil telefonlarında
lazımi qədər yaddaş yeri olmayan (tətbiqin iOS versiyası 128 MB yer tutur) şəxslər
üçün nəzərdə tutulub. Bundan əlafvə olaraq tətbiqin web versiyası, aktiv Tinder
istifadəçiləri üçün də istifadədə rahat olacaq. Belə ki, kompüter vasitəsilə gələn
ismarıclara cavab vermək daha rahatdır.
Paylaş
Bənzər xəbərlər