
Dünyanın ən varlı şəxsinin sərvəti 12 milyard dollar daha artıb
Sosial Media
27.04.2018
Emil
Dünyanın ən varlı şəxsi olan Jeff
Bezos öz sərvətini daha da genişləndirib. Bu ilin ilk rübünün hesabatlarının
verilməsindən sonra Amazon şirkətinin səhmləri 7% yüksəlib və şirkətin bazar
qiyməti 735 milyard dollar təşkil edib. Bunun fonunda Amazon şirkətinin təsisçisi
Jeff Bezos-un sərvəti 12 milyard dollar artıb. Bloomberg hal-hazırda onun sərvətini
134 milyard dollar dəyərində qiymətləndirir. Aşağıda isə Amazon şirkətinin
2018-ci ilin birinci rübü üçün olan əsas maliyyə göstəriciləri əks olunub.
- 2017-ci ilin həmin vaxtından fərqli
olaraq bu ilin ilk rübündə satışlar 43% yüksəlib və 51 milyard dollar təşkil
edib (keçən il 35.7 milyard dollar idi)
- Təmiz gəlir 125% yüksəlib (1.63
milyard dollara kimi), əməliyyatlar üzrə biznesin gəliri isə 92% yüksəlib (1.93
milyard dollar kimi)
- Amazon Web Services bulud platformasının satışları 49% yüksələrək
5.4 milyard dollar təşkil edib.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
