
Edward Snowden, ABŞ-a təhvil verilə bilər
Sosial Media
07.05.2017
Farid
Edward Snowden, özünün ABŞ-a ekstradisiyası xəbərinə fikrini bildirib.
Belə ki, o,
KİV-in bu cür xəbərinin, onun Rusiya Federasiyasına çalışmadığını göstərən ən
parlaq sübut olduğunu qeyd edib. "Heç bir ölkə öz casusunu satmaz. Belə
ki, digərləri, onların da növbəsi gələcəyindən qorxurlar” – deyə Snowden öz Twitter hesabında bildirib. NBC telekanalı öz mənbələrinə istinadən xəbər vermişdi ki,
Rusiya höküməti, Amerikanın keçmiş xüsusi orqan əməkdaşı Edward Snowden-i ABŞ-a
təhvil vermək haqqında düşünür. Telekanalın təbilincə bu qərar, ABŞ-ın yeni
prezidenti Donald Trump-a bir hədiyyə kimi nəzərdə tutulduğu qeyd olunmuşdu.
Telekanalın, ABŞ prezidenti administrasiyasındakı mənbəsinin sözlərinə görə Snowden-in
təhvil verilməsi, Trump-ın hörmətini qazanmağa bərabərdir. Edward Snowden-in vəkili Anatoliy Kuçeren isə bildirib ki, ABŞ höküməti hələki Rusiya Federasiyasına,
Snowden-in təhvil verilməsi üçün bildiriş göndərməyib.
O həmçinin ümid edir ki, Trump, Snowden-i izləməkdən əl çəkəcək.
21 Yanvar tarixində prezidentin mətbuat katibi Dmitriy Peskov bildirmişdi ki, Snowden-in
ABŞ-a ekstradisiyası barəsində qərarı yalnız Rusiyanın miqrasiya xidmətləri və
ya prezident verə bilər. "O, hədiyyə olunacaq oyuncaq deyil. O insandır” – deyə
hökümət təmsilçiləri qeyd ediblər. Anatoliy Kuçeren isə öz növbəsində Rusiya
Federasiyasının insan alveri ilə məşğul olmadığını və Edward Snowden-in ölkədə
qaldığı müddətdə onun heç bir qanunu pozmadığını qeyd edib. Qeyd edək ki,
2013-cü ildə Edward Snowden, Amerikanın xüsusi orqanlarının məxfi məlumatlarını
jurnalistlərə təhvil vermişdi. Həmin məlumatların içərisində ən böyük rezonansı isə
bütün dünya əhalisinin telefon zənglərinin və elektron poçt ünvanlarının mütəmadi
olaraq izlənildiyi məlumatı idi. Ümumilikdə isə Snowden-i ABŞ-da 30 ilə yaxın azadlıqdan məhrum edilmə cəza
gözləyir.
Paylaş
Bənzər xəbərlər