
Ehtiyyatlı olun. WhatsApp-da yeni dələduzluq ismarıcı yayılmağa başlayıb
Sosial Media
07.05.2017
Farid
WhatsApp messencerində yeni dələduzluq ismarıcı yayılıb.
Belə ki, həmin ismarıcda dələduzlar, istifadəçiləri, pulsuz
internet ilə təmin edəcəklərini bildirirlər. İsmarıcda müəmmalı tətbiqi yükləmək
üçün link yerləşdirilir. Guya həmin tətbiq, istifadəçilərə internetdən pulsuz
yararlanmağa imkan verəcək. Dələduzlar həmin tətbiqi, ismarıcda, şəbəkəyə
qoşulmaq üçün inqilabi texnologiya adlandırırlar. Sözügedən xidmətin aktivləşdirilməsi
üçün dələduzlar həmin ismarıcın daha 13 nəfərə göndərilməsini tələb edirlər.
Linkə daxil olduqda isə istifadəçi WhatsApp dəbində hazırlanmış kənar mənbəyə
keçid əldə edir. Kənar mənbədə pulsuz internet ilə bağlı saxta rəylər yerləşdirilib
və əslində zərərli olan bir neçə tətbiqin yüklənmə təklifi qeyd olunub. Həmin zərərli
tətbiqlər vasitəsilə dələduzlar, istifadəçilərin bank kartı məlumatlarını
oğurlayırlar. Biz, istifadəçiləri bu cür ismarıclara fikir verməmələrini
tövsiyyə edirik.
Paylaş
Bənzər xəbərlər