Ehtiyyatlı olun. WhatsApp vasitəsilə yeni dələduzluq yayılıb. Bank hesablarınızdan pullar oğurlana bilər

02.08.2017 0 PAYLAŞIM 1166 OXUNMA

Dələduzlar, abunəlik vaxtının bitməsi ilə bağlı məktublar göndərərək istifadəçilərin bank kartlarının məlumatlarını oğurlayırlar.

Bu sxem necə çalışır? Bu sxemin potensial qurbanı, elektron poçt vasitəsilə guya WhatsApp tərəfindən göndərilmiş məktub ilə qarşılaşır. Həmin məktubda dələduzlar qeyd edirlər ki, sözügedən messencerdən pulsuz istifadə müddəti bitib. Messencerdən istifadəni davam etdirmək üçün isə məktubda xüsusi link yerləşdirilir. Həmin linkə daxil olaraq istifadəçi, ödəniş məlumatlarını yeniləməlidir. Link özü isə istifadəçini, dələduzların fishing saytına yönləndirir. Həmin saytda istifadəçidən öz bank kartının məlumatlarının doldurulması tələb olunur. Fishing saytda doldurulmuş bütün məlumatlar öz növbəsində birbaşa dələduzlara göndərilir. Onlar isə bu məlumatlardan istifadə edərək istifadəçinin bank hesabından istədikləri vəsaitləri əldə edə bilirlər. Qeyd etmək lazımdır ki, əvvəllər WhatsApp-dan istifadə müddətini artırmaq üçün messencer həqiqətən də hər istifadəçidən illik abunə haqqı tələb edirdi. Lakin 2016-cı ilin Yanvar ayında messencer bu cür strategiyadan imtina etdi və hal hazırda WhatsApp-dan istifadə tamamilə pulsuzdur. Lakin görünür dələduzlar bundan istifadə edərək insanları aldatmağa və onların vəsaitlərini oğurlamağa çalışırlar.