Əlavə təhlükəsizlik həlli: Instagram'a SMS'siz ikifaktorlu yoxlanış sistemi gələcək

Əlavə təhlükəsizlik həlli: Instagram'a SMS'siz ikifaktorlu yoxlanış sistemi gələcək

Sosial Media
18.07.2018 PAYLAŞIM

    2 il bundan öncə Instagram hesablarının doğruluğunun təyin edilməsi üçün ikifaktorlu yoxlanış sistemi bu məşhur servisə əlavə edilmişdi. Lakin dələduzlar bu sistemdən yan keçməyi bacardılar. Belə ki, bu sistemin ən zəif nöqtəsi Instagram hesabın telefon nömrəsinə bağlı olması idi. Çünki dələduzlar istifadəçinin telefon nömrəsini əldə edə bilərdilər. Məlumata əsasən Instagram bu problemin aradan qaldırılması yolunda çalışır. Instagram istifadəçiləri mobil nömrələrin oğurlanması üzrə yenicə yayılmış dələduzluq üsulundan sonra narahat olmağa başladılar.


Bənzər xəbər


    Belə ki, müəyyən istifadəçi barəsində bəzi məlumatları yığandan sonra dələduzlar mobil oepratora zəng edərək özlərini həmin qurban kimi təqdim edirlər. Bunu edəndən sonra onlar guya ki, itmiş SIM kart nömrəsinin yeni SIM karta keçirilməsini istəyirlər. Mobil nömrəni əldə edəndən sonra isə dələduzlar onun vasitəsilə online servis hesablarının şifrələrinin bərpa olunmasını reallaşdıra bilirlər. Bununla belə həmin şəxsləri təkcə istifadəçilərin bank hesabları maraqlandırmır.


    Belə ki, qara bazarlarda maraqlı adlara sahib Instagram hesablarına da böyük tələbat var. Beləliklə Instagram-a gələcək yeni ikifaktorlu yoxlanış sisteminin menyusu da təqdim olunub. Menyuda həmçinin Google AuthenticatorAuthy kimi kod generatorları ilə giriş imkanı da var. Heç bir SMS təsdiqi yoxdur. Mütəxəssislər həmdə mobil nömrəni servis hesablarına bağlamamağı da məsləhət görürlər. Yeni sistemin Instagram-da nə zaman aktiv olacağı barədə heç bir məlumat yoxdur.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Telegram-a yeni funksiyalar əlavə edilib

Telegram tərtibatçıları mütəmadi olaraq messencerin funksionallıqlarını genişləndirirlər. ..


Whatsapp yeni konfidensiallıq siyasətini qəbul etməyən istifadəçiləri məhdudlaşd..

Qeyd etmək lazımdır ki, yaxın bir neçə ay ərzində sözügedən messencerə yeni konfidensiallıq qaydası ..


Google şirkətinin iOS cihazlarda hansı istifadəçi məlumatlarını yığdığı məlum ol..

App Store-da tətbiqlərin yerləşdirilməsi siyasətində dəyişikliklərin reallaşdırılmasından sonra Goog..


Pavel Durov Telegram-da reklam strategiyasının necə olacağından danışıb

Keçən ilin dekabr ayında Pavel Durov bildirmişdi ki, Telegram-ın gəlir gətirmə vaxtı gəlib çatıb...


Facebook şirkəti Clubhouse analoqu üzərində çalışır

Facebook şirkəti son günlər çox məşhurlaşmış ClubHouse adlı sosial şəbəkəyə bənzəyən audioçat sistem..

×