main-post-cover

    Elon Musk SpaceX və Tesla şirkətlərinin Facebook səhifələrini sildi (#DeleteFacebook)

    Sosial Media
    23.03.2018
    Farid Pardashunas
    Elon Musk son günlərdə 50 milyon Facebook istifadəçisinin məlumatlarının sızdırılması ilə məşhurlaşan #DeleteFacebook kampaniyasına qoşuldu. Twitter-də bir qədər sürən diskussiyalardan sonra Musk SpaceXTesla şirkətlərinin Facebook səhifələrini sildi. Əslində isə onun heç öz şirkətlərinin Facebook səhifələrinin olduğu barədə məlumatı da yox imiş.

    Qeyd etmək lazımdır ki, Sözügedən səhifələrin hər birində 2.6 milyon bəyənmə var idi. “Instagram ilə hər şey qaydasındadır. Mən Facebook-dan istifadə etmirəm və heç zaman orda hesab yaratmamışam. Buna görə də düşünürəm ki, mən dəhşətli bir şey etmirəm və bunun ucbatından mənim şirkətlərim çətinki zərər görsünlər. Bundan əlavə olaraq səhifələrdəki paylaşımları inkişaf etdirmək üçün biz vəsait ödəmirdik. Buna görə də mənim üçün heç fərqi yoxdur” – deyə Musk öz Twitter hesabında bildirib.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər