Logo
    main-post-cover

    Elon Musk Vine video arxivini bərpa edəcəyinə söz verib

    Sosial Media
    05.08.2025
         Hazırda X adlanan (əvvəlki Twitter) platformanın sahibi olan Elon Musk şirkətin bir zamanlar məşhur olmuş qısa video tətbiqi Vine-ın video arxivini tapdığını elan edib. Daha əvvəl bu arxivin birdəfəlik silindiyi düşünülürdü. Onun sözlərinə görə, mütəxəssislər qrupu hazırda istifadəçilərin bu arxivə çıxışını bərpa etmək üzərində işləyirlər. 6 saniyəlik videolar - vaynlar - yaratmağa imkan verən Vine platforması 2012-ci ilin oktyabrında sosial şəbəkə Twitter tərəfindən videoməzmun sahəsini genişləndirmək məqsədilə 30 milyon dollara alınmışdı. Platforma böyük məşhurluq qazanmış və 2015-ci ilə qədər onun istifadəçi sayı 200 milyon nəfəri keçmişdi.
         Bununla belə, Twitter Vine-ın potensialını tam reallaşdıra bilmədi və 2016-cı ilin oktyabrında layihənin bağlanacağı elan olundu. App Store-da olmamasına baxmayaraq, Vine tətbiqi internetin kollektiv yaddaşında yaşamağa davam edir. YouTube-da yerləşdirilən ən yaxşı vayn toplusu videoları və bir çox kontent müəlliflərinin məhz Vine-da başladığı və daha sonra internet məşhurlarına çevrildikləri karyeraları sayəsində bu layihə müəyyən mənada mədəni irsini qoruyub saxlayıb. Twitter-in 2022-ci ilin oktyabrında alınmasından sonra Musk sosial şəbəkədə yalnız bir sualdan ibarət sorğu keçirmişdi: “Vine-ı geri qaytaraq?” - istifadəçilərin təxminən 70%-i “bəli” cavabını vermişdi.
         Həmin vaxt məlumat ortaya çıxmışdı ki, Twitter Vine-ın yenidən işə salınması üçün xüsusi mütəxəssislər ayırıb, lakin layihə həyata keçirilməmişdi. Bir müddət əvvəl isə Musk Vine-ı yenidən təqdim etməyi planlaşdırdığını bildirib, lakin artıq süni intellekt formatında. Arxivin bərpası ilə bağlı paylaşımında o, belə yazıb: “Grok Imagine - bu, süni intellekt Vine-dır”. Məsələ ondadır ki, X Premium+ abunəçiləri üçün Grok Imagine funksiyası AI Vine (süni intellektli Vine) adı ilə əlçatandır. Görünən odur ki, Musk-ın video yaratmağa marağı istifadəçi yaradıcılığından çox, mətn əsaslı sorğular vasitəsilə süni intellektin video generasiyası imkanları ilə bağlıdır.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Elon Musk Vine video arxivini bərpa edəcəyinə söz verib | Technote