Logo
    main-post-cover

    Facebook "2015-ci ilin yadda qalan anları" funksiyasını istifadəyə verdi.

    Sosial Media
    08.05.2017
    Yeni ilə az bir müddət qala dünyanın ən böyük sosial şəbəkəsi olan facebook istifadəçilərinə 2015-ci ilin ən yaxşı anlaraına nəzər salmaq şansını yaradır. ''Year in Review'' xüsusiyyəti, əgər xatırlasaz keçən il də istifadəçilərə təqdim olunmuşdu. Lakin keçən ildəkindən fərqli olaraq bu il bu funksiyada kiçik bir dəyişiklik edilib. Artıq siz bu tarixcəyə müəyyən düzəlişlər edə bilərsiniz. Keçən il sizə maraqlı olan anları əlavə etmək şansınız var. Bu sistem avtomatik olaraq sizə keçən il baş verən 10 xüsusi anı seçib çıxarır. Bunlar arasında bəyənmədiyiniz olduğu halda, siz istədiyiniz şəkili dəyişə bilərsiniz. Keçən ildən fərqli olaraq bu il bu əlavənin edilməsinin əsas səbəbi bəzi insanların il ərzində münasibət qurduğu insanlardan ayrılması olur və həmin insan ilin sonu ən xoş xatirəsi kimi artıq onu xatırlamaq istəmir. Aşağıdakı linkdən ilin yadda qalan anların profilinizdə paylaşa bilərsiniz:
     

    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Facebook "2015-ci ilin yadda qalan anları" funksiyasını istifadəyə verdi. | Technote