main-post-cover

    Facebook-a 3D paylaşımlar funksiyası gəldi

    Sosial Media
    22.02.2018
    Farid Pardashunas
    Məşhur Facebook sosial şəbəkəsi artıq glTF 2.0 formatını dəstəkləyir.
    Bunun sayəsində istifadəçilər öz xəbər lentlərində 3D obyektləri paylaşa biləcəklər. “Biz təzəlikcə 3D postlar funksiyasını daxil etmişik. Bunun sayəsində insanlar rəqəmsal obyekti hər tərəfdən müşahidə edə və onunla birbaşa xəbər lentində qarşılıqlı əlaqədə ola biləcəklər. 3D obyektlər dərhal hər bir klikə reaksiya verir” – deyə Facebook bildirib. İstifadəçilər mouse-un sol düyməsini və ya smartfonlarda ekrana barmaq ilə klik edib saxlayaraq 3D təsviri müxtəlif istiqamətlərdə fırlada bilərlər. 3D postlar həmçinin obyektlərin işıqlandırma və render ayarlarını da dəstəkləyir.
    Sosial şəbəkədə artıq bir neçə 3D post nümunəsi təqdim olunub. Şirkət həmçinin 3D obyektlərin sosial şəbəkəyə əlavə olunması üçün digər şirkətlərlə də əməkdaşlığa başlayıb. Məsələn bundan sonra istifadəçilər Xperia XZ1 smartfonu ilə “Sony” şirkətinin 3D Creator tətbiqi vasitəsilə öz 3D xatirələrini paylaşa bilərlər. Bununla yanaşı istifadəçilər Facebook-a Oculus Medium platformasından təsvirləri də yükləyə biləcəklər. Qeyd etmək lazımdır ki, bu platforma vasitəsilə istifadəçilər xüsusi idarəetmə cihazları və virtual reallıq cihazı vasitəsilə öz rəqəmsal heykəllərini yarada bilərlər. Həmçinin yaxın zamanda istifadəçilər “Google” şirkətinin Poly adlı 3D təsvirlər servisindən obyektləri yükləyə biləcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər