main-post-cover

    Facebook'a avtomatik qısa şərhlər funksiyası gəlir

    Sosial Media
    20.11.2018
    Farid Pardashunas
        Sosial şəbəkənin yeni funksiyası bir neçə müddət bundan öncə bəzi istifadəçilər tərəfindən aşkar edilmişdi. Bu yeni funksiya sosial şəbəkənin şərhlər sistemini daha yeni səviyyəyə qaldırır. Belə ki, Facebook-un şərhlər bölməsinə avtomatik qısa şərhlər əlavə olunacaq. Bundan sonra sosial şəbəkənin sistemi öncədən hazırlanmış qısa avtomatik şərhlər təqdim edəcək. Onların vasitəsilə istifadəçilər müəyyən paylaşımlara reaksiyalarını bildirə biləcəklər. Bunun sayəsində istifadəçilər öz emosiya və hislərini əks etdirən ümumi qısa şərhlər yerləşdirə biləcəklər.

        Başqa sözlə desək Facebook bizlərə emosiyaları mətn şəklində bildirməyi təklif edir. Şərh bölməsinə klik edən zaman sistem tərəfindən təqdim olunmuş bir neçə şərh variantından birini seçmək olar. Onların arasında “Ümid edirəm ki, hər şey yaxşıdır” və “Bu çox kədərlidir” kimi qısa avtomatik şərhlər var. Qeyd etmək lazımdır ki, bu şərhlər ilk növbədə Çikaqoda yerləşən xəstəxanaların birində silahlı cinayət ilə bağlı Facebook paylaşımlarında aşkar edilmişdi. Həmin hadisədə 4 nəfər həyatını itirmişdi. Görünür, şirkət həqiqətən də düşünür ki, süni zəka vasitəsilə şəbəkədaxili qarşılıqlı əlaqənin sadələşdirilməsi sosial şəbəkənin gələcəyidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər