
Facebook-a canlı audio yayım funksiyası gəlir
Sosial Media
07.05.2017
Farid
Facebook sosial şəbəkəsinin komandası, Live Audio servisinin test sınaqlarına başladığını elan etdi.
Bu servis vasitəsilə istifadəçilər real zaman ərzində online
audio yayımlar edə biləcəklər. Artıq istənilən istifadəçi, qrup, cəmiyyət, Facebook daxilində canlı audio yayım edə biləcək. Facebook mütəxəssisləri əmindirlər
ki, sözügedən servis hətta interneti zəif olan regionlarda belə çalışacaq. Belə
ki, audio yayımın ötürülməsi üçün sürətli internetə ehtiyac yoxdur. İstifadəçilər
digər mənbələrdən diqqətlərini ayırmayaraq Facebook vasitəsilə canlı audio
yayımlara qulaq asa biləcəklər. Android smartfon istifadəçiləri isə Facebook tətbiqindən
çıxsalar və ya telefonun ekranını deaktiv etsələr belə audio yayıma qulaq asa
biləcəklər. iOS istifadəçiləri üçün isə belə imkan olmayacaq. Onlar Facebook tətbiqində
qalmalı olacaqlar. Lakin buna baxmayaraq canlı audio yayıma qulaq asa-asa onlar
sosial şəbəkədəki digər işlərini görə biləcəklər. Hal-hazırda yeni funksiyanı
dünyanın böyük xəbər servisləri test edirlər. Adi istifadəçilər üçün isə bu
funksiya 2017-ci ilin əvvəlində aktiv olacaq.
Paylaş
Bənzər xəbərlər