Facebook-a, Tinder-in məşhur funksiyası və Instagram-la maraqlı inteqrasiyası gəlir

08.09.2017 0 PAYLAŞIM 334 OXUNMA

Şirkət, öz virtual dostlarınızla daha yaxından tanış olmaq imkanını verən funksiyanı reallaşdırmağı planlaşdırır.

Söhbət, yeni dostların axtarışından getmir. Bu cür funksiya artıq çoxdan reallaşdırılıb. Söhbət, sizin artıq sahib olduğunuz dostlarınıza görüş təyin edərək onlara əlavə maraq göstərmənizdən gedir. Əgər sizin dostunuz da görüşmək istəsə, onda siz ikiniz də bundan xəbərdar olacaqsınız. Qeyd edək ki, məşhur tanışlıq tətbiqi olan Tinder də bu prinsip üzrə çalışır. Beləliklə yenilənmə, Facebook Messenger-ə Tinder-in bəzi funksiyalarını gətirir. Nəticədə hər iki istifadəçi, ünsiyyət üçün maraqlı olduqları halda bunu qeyd edirlər və ünsiyyət qururlar. Nəzərə alsaq ki, ünsiyyət qurmaq istədiyiniz istifadəçinin hesabına baxmaq üçün siz, əsas tətbiqə yönlənməli olacaqsınız, bu cür funksiyanın Messenger-in daxilində olması bir qədər qəribədir.

Bununla belə yeni funksiyanın romantik bir tərəfi yoxdur. O sadəcə olaraq dostluq görüşləri üçün nəzərdə tutulub. Digər tərəfdən bu funksiyanı, Tinder-ə bənzər bir hala gətirmək heç də çətin deyil. Beləliklə tanışlıq platforması, gələcəkdə şirkət üçün böyük potensial ola bilər. Bu yeni funksiya hələki bir sıra istifadəçilər üçün aktivdir. Onun rəsmi olaraq nə vaxt təqdim ediləcəyi isə bilinmir. Bundan əlavə olaraq məlum olub ki, əgər siz, Instagram-da Stories postu yaratsanız, onda həmin postu, Facebook səhifənizdə paylaşmaq imkanına sahib olacaqsınız.