main-post-cover

    Facebook Android istifadəçilərin zəng və SMS məlumatlarını yığır

    Sosial Media
    26.03.2018
    Farid Pardashunas
        Facebook-la olan qalmaqal getdikcə daha da böyüməyə başlayır və istifadəçilər şəxsi məlumatlar ilə bağlı yeni narahatedici məlumatlar aşkar etməyə başlayıblar. Belə ki, Dylan McKay adlı Twitter istifadəçisi bildirib ki, o, Facebook-un Android üçün olan tətbiqinin yüklənmiş fayllarında zənglərin və SMS-lərin tarixçələrini aşkar edib. Ars Technica saytının jurnalistləri öyrəniblər ki, sosial şəbəkədə dostluğa təklif olunan şəxslər üçün nəzərdə tutulmuş alqoritmlərin təkmilləşdirilməsi üçün Facebook istifadəçidən zənglərin və SMS-lərin tarixçələri barəsində məlumatları tələb edir.

        Sosial şəbəkə Messenger-i ismarışlar üçün standart tətbiq kimi yükləmiş istifadəçilərin məlumatlarını yığır. Qeyd etmək lazımdır ki, artıq bir neçə müddətdir ki, Facebook məlumatların yığılması özəlliyini qeyri-məcburi edib. Belə ki, tətbiqin birinci dəfə işə salınması zamanı istifadəçiyə zəng və SMS məlumatlarının yığılıb-yığılmaması təklifi edilir. Bu məsələdə narahatedici məqam isə ondan ibarətdir ki, Android tətbiqində məlumatların yığılması prosesinin yüngülləşdirilməsindən öncə Facebook illərlə istifadəçilərin məlumatlarını yığıb. Google şirkəti bu məlumatlara keçid siyasətini dəyişsə də Facebook proqramçıları sistem boşluğundan istifadə ediblər.
        Bu cür sistem boşluğu iOS-də müşahidə olunmayıb. Belə ki, bir çox tətbiqlərdə sadəcə olaraq zəng və SMS məlumatlarına keçid imkanı yoxdur. Buna görə də Facebook iPhone cihazlarında bu məlumatları təyin etmir. Facebook şirkəti isə öz növbəsində bu bəyanatlara reaksiya verib. Şirkət düşünür ki, sosial şəbəkə ilə bağlı kontaktlar barəsində məlumatları istifadə edən bir tətbiq üçün bu tamamilə normaldır. “Sizə əlaqə saxlamaqda yardımçı olan xidmətlərin və tətbiqlərin əsas hissəsi ondan ibarətdir ki, onlar sizin əlaqə saxlamaq istədiyiniz insanların axtarışını sadələşdirirlər. Siz ismarışların mübadiləsi və ya sosial tətbiqə ilk dəfə daxil olduğunuz zaman o adətən sizin kontaktlarınız haqqında məlumatları yükləyir” – deyə Facebook bildirib. Bununla belə Facebook hələ də bəzi suallara cavab verməyib. Şirkət bu cür məlumatları nə vaxtdan yığır? Və əgər istifadəçi məlumat yığımına icazə verirsə həmin məlumat yığımı altında istifadəçinin hansı vacib məlumatları yığılır?
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər