main-post-cover

    Facebook bəyənmə və repostlara səsləyən səhifə ilə şəxsləri cəzalandıracaq

    Sosial Media
    18.12.2017
    Farid Pardashunas
    Bu üsulla sosial şəbəkə fake xəbərlər və spamlarla mübarizə aparacaq.
    Beləliklə Facebook daha çox target yığmaq üçün istifadəçiləri bəyənməyə, reaksiyalara və repostlara çağıran spam paylaşımlar ilə mübarizə aparmağa başlayır. İlk öncə “Facebook” bildirib ki, istifadəçilər mütəmadi olaraq “Əgər bürcün qoçdursa bu postu bəyən” tərzli spam paylaşımlardan və daha çox target yığmaq üçün insanları bəyənmə, repost vasitəsilə səsverməyə səsləyən ismarıclardan şikayətlənirlər.

    Nəticədə sosial şəbəkə yeni alqoritm yaratdı. Həmin alqoritm daha çox target yığmaq imkanını aşağı salaraq istifadəçiləri bu cür paylaşımlardan qoruyur. Yeni qaydalar istifadəçilərin ana səhifələrində sistematik şəkildə bu paylaşımlardan istifadə edən şəxsləri və səhifələri məhdudlaşdıracaq. Şirkət həmçinin bildirib ki, yeni alqoritm istifadəçilərin bir-birilərindən kömək, məsləhət istədikləri paylaşımlara təsir etməyəcək. “Facebook” həmçinin fake xəbərlərin daha çox target yığmalarını da məhdudlaşdırmağı planlaşdırır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər