
Facebook-da bu günə qədər etdiklərinizin arxivlərini yükləmə qaydası
Sosial Media
07.05.2017
Farid
Bəzən Facebook-da bəzi mesajları unuduruq və müəyyən müddət sonra onlara ehtiyacımız olur. Bu yazıda məhz bu haqda məlumatları sizinlə paylaşacağıq.
Belə ki, Facebook heç də sizin bildiyiniz
qara dəlik deyil.
İlk olaraq prosesi həyata keçirmək üçün Hesab Tənzimləmələri hissəsini açın. Qarşınıza çıxan ümumi hesab tənzimləmələri
səhifəsinin altında yer alan "Facebook məlumatlarının kopyasını endir” xəbərdarlığını
görəcəksiniz. Daha sonra "Arxivi başlat” seçiminə klik etdikdə yalnız Facebook-da
yer alan keçmiş mesajlarınız deyil, o cümlədən Facebook-un arxivləşdirdiyi bütün məlumatlarınız
da yüklənməyə başlayacaq.
"Arxivi başlat” düyməsinə klik etdikdən
sonra sizdən şifrənizi daxil etməyiniz tələb olunacaq.
Daha sonra tələbinizi təstiqlədikdən
sonra e-mail adresinizə mesaj göndərilir və arxiviniz tam yükləndikdən sonra
yenidən sizə mesaj göndərilir. Bunda sonra siz e-mailizə gələn "Arxivimi endir”
linkinə klik edərək ən son mərhələni gerçəkləşdirmiş olacaqsınız.
Yüklənmə tamamlandıqdan sonra bütün
Facebook arxiviniz kompüterdəki öz yerini alacaq. Zip formatında gələn faylın "Mesajlar” bölməsini açaraq mesajlarınızı bərpa edə bilərsiniz. Bundan əlavə foto,
profil, tədbirlər, bildirişlər, reklam məlumatlarınızı da yenidən geri qaytara
bilərsiniz. Göründüyü kimi Facebook-da heç nə itmir, sadəcə gizli saxlanılır.
Paylaş
Bənzər xəbərlər