main-post-cover

    Facebook'da cinsi əlaqəyə işarə edə biləcək istənilən paylaşım qadağan edilir

    Sosial Media
    10.12.2018
    Farid Pardashunas
        Facebook-un yeni qaydalarına əsasən bundan sonra sosial şəbəkə daxilində istifadəçilər arasında cinsi əlaqəyə səsləyən paylaşımların edilməsi qadağandır. Bu qadağaya bütün sosial şəbəkə qrupları, səhifələr və messencerdəki çatlar daxildir. Bundan sonra istifadəçi sadəcə olaraq seksual xarakterli ifadənin işlədilməsinə, cinsi əlaqə mövzusuna işarə edən paylaşımların paylaşılmasına və erotik rəqs videolarının paylaşılmasına görə də bloklana bilər.
        Bununla yanaşı bundan sonra sosial şəbəkədə çılpaq insan şəkillərinin, cinsi əlaqənin əks olunduğu rəsm əsərlərini paylaşmaq, seksual üstünlüklər barədə, bədənin seksual hissələri barədə və cinsi orqanların gigiyenası barəsində danışmaq qadağan edilir. Başqa sözlə desək, cinsi əlaqəyə işarə edə biləcək istənilən paylaşım bundan sonra Facebook daxilində qadağandır. Bununla yanaşı şirkət həmçinin müxtəlif regionların mədəni özəlliklərini də nəzərə alıb. Beləliklə bundan sonra ərəblərə böyük barmağı göstərmək məsləhət görülmür. Bununla belə sosial şəbəkə daxilində seksual istismar və zorakılıq barədə mövzular ətrafında müzakirələr aparmaq olar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər