
Facebook-da dəyişikliklərə görə Mark Zuckerberg 3.3 milyard dollar itirdi
Sosial Media
14.01.2018
Mark Zuckerberg Facebook istifadəçilərinin xəbər lentlərində olacaq dəyişiklikləri elan edəndən sonra 3.3 milyard dollar itirib.
Bu barədə Bloomberg saytı xəbər
verib. Beləliklə xəbər lentində dəyişikliklərin olacağı elanından sonra şirkətin
səhmlərinin qiyməti 4% aşağı düşüb. Bunun nəticəsində Mark Zuckerberg-in 77.3
milyard dollarlıq sərvəti 74 milyard dollara düşüb. Zuckerberg-in bu dərəcədə vəsait
itkisinə görə o, Bloomberg-in dünyanın ən varlı insanları reytinqində 4-cü
yerini itirib. İndi isə həmin yeri Zara brendinin sahibi Amancio Ortega tutur.
Onun sərvəti 76.2 milyard dollar dəyərində qiymətləndirilir. Qeyd etmək
lazımdır ki, bir neçə gün bundan öncə verdiyimiz xəbərdə qeyd olunmuşdu ki,
bundan sonra istifadəçilər öz xəbər lentlərində dostlarının və yaxınlarının
paylaşımlarını daha çox görəcəklər. Beləliklə şirkətlərin, brendlərin və KİV-lərin
kontentlərinin görünüşü bir qədər məhdudlaşdırılacaq.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...