main-post-cover

    Facebook-da hesab təhlükəsizliyini necə təmin etmək olar?

    Sosial Media
    09.04.2018
    Farid Pardashunas
    Son bir neçə həftə ərzində dünyanın ən məşhur sosial şəbəkəsi olan Facebook böyük qalmaqalın mərkəzində oldu. Belə ki, Cambridge Analytica adlı şirkət 87 milyon Facebook istifadəçisinin məlumatlarını onların da xəbəri olmadan əldə etmişdir. Bu hadisədən sonra Mark Zckerberg istifadəçilərdən üzr istəməyə başlamış və hətta bir çoxları sosial şəbəkəni boykot etmişdir. Bu qədər insanın məlumat sızıntısına görə sosial şəbəkəni günahlandırmaq olar. Lakin bir tərəfdən bu hadisədə istifadəçilərin özləri də günahkardır. Belə ki, onlar öz sosial şəbəkə hesablarının məlumatlarını üçüncü tərəflərə təqdim edərək öz təhlükəsizlik və konfidensiallıqlarına laqeyd yanaşırlar.
    Bu məqalədə öz hesab məlumatlarınızı necə təhlükəsizlik altında saxlamaq üçün sadə məsləhətlər verəcəyik. Şirkətin özü sosial şəbəkə daxilində təhlükəsizlik üzrə bir sıra məsləhətlər verir. İlk öncə qəliz və güvənli şifrə fikirləşmək və həmin şifrəni heç kimə verməmək lazımdır. Həmçinin şifrəni müəyyən vaxtdan bir dəyişmək məsləhət görülür. İkinci mərhələdə istifadəçi öz dost siyahısına yalnız tanıdığı və ya tanıya biləcəyi yeni insanları daxil etməlidir. Üçüncü mərhələdə isə istifadəçi öz konfidensiallığını qurmalıdır. Üçüncü mərhələ ilə daha geniş tanış olmaq lazımdır. İstifadəçi hesabının ayarlanması həmin hesabın axtarış sistemləri tərəfindən indekslənməsinin qarşısını alır.
    Bu isə o deməkdir ki, heç kim sizin Facebook'dakı məlumatlarınızı sadə axtarış sistemi vasitəsilə tapa bilməyəcək. Bundan əlavə olaraq istifadəçi onunla əlaqə qurmaq mümkünlüyünü də məhdudlaşdıra və öz paylaşımlarına keçidi ayarlaya bilər. Xəbər lentində istifadəçinin paylaşımlarının görünməsini növbəti variantlar üzrə qurmaq olar: Hamı üçün aktiv, yalnız dostlar üçün, yalnız sizin üçün və ya bəzi dost qrupları üçün aktiv. Bütün bunlar hesab ayarları vasitəsilə quraşdırılır və standart şəkildə istifadə olunur. Lakin paylaşımı edərkən də hansı qrup insanların həmin paylaşımı görəcəklərini dəyişmək mümkündür.
    Bununla belə bu ayarları nəinki ilk dəfə hesab yaradan zaman hətta istənilən vaxt dəyişdirmək olar. Bundan əlavə olaraq həmdə artıq paylaşılmış postlarda görülmə özəlliklərini dəyişmək mümkündür. Sosial şəbəkədə dostlar üzrə də onların fəaliyyətlərini məhdudlaşdıran alətlər mövcuddur. Belə ki, siz digər bir istifadəçinin sizin ana səhifənizdə nəsə paylaşmasını qadağan edə bilərsiniz. Bununla yanaşı digər istifadəçinin sizi hansısa paylaşıma tag etməsini də məhdudlaşdrmaq olar. Hətta sizi hansısa foto və ya videoda təyin etmək özəlliyini də qadağan etmək mümkündür.
    Əgər siz dostlarınızdan hansınısa çox bezdirən hesab edirsinizsə onu “Məhdudlaşdırılmış” sihaısına sala bilərsiniz. Bu halda o sizin “Dostlar’ listi üçün olan paylaşımları görməyəcək. Bundan əlavə olaraq hansısa şəxsi blok etmək olar. Bu halda o sizin heç bir kontentinizi görməyəcək. Bu üsulla həmçinin digər şəxslərdən oyunlara, tətbiqlərə və ya tədbirlərə dəvətləri də məhdudlaşdırmaq olar. Lakin təhlükəsizlik məsələsində ən vacib faktor kənar tətbiq və saytlara məlumat keçidinin aktiv edilməsini əhatə edir. Adətən həmin sayt və tətbiqlər sosial şəbəkə hesabına keçidi əldə etmək və sizin səhifənizdə postların paylaşılması icazəsini istəyirlər.
    Bu, sayt və ya tətbiqdə Facebook hesabı vasitəsilə qeydiyyatdan keçən zaman baş verir. Belə hallarda istifadəçi məlumatlarına keçidi yalnız yoxlanılmış və güvənli sayt və tətbiqlərdə reallaşdırmaq məsləhət görülür. İstifadəçinin məlumatlarının əldə olunmasının ən sadə yolu isə hansısa testdən keçmək təklifidir. Testin özü çox maraqlı və ilk baxışdan istifadəçidə şübhə yaratmayan hesab edilə bilər. Lakin həmin testlərdə iştirak zamanı sizin məlumatlarınız üçüncü tərəfə ötürüləcək. Həmin tərəf isə əldə olunmuş məlumatlardan istədiyi kimi istifadə edəcək.
    Məlumatlardan istifadə sahəsinin ən geniş yayılanı reklam sərgiləməkdir. Bütün bunlardan əlavə olaraq Facebook şirkətinin rəsmi tətbiqindən istifadə etmək məsləhət görülür. Günümüzdə saxta şirkətlər tərəfindən orijinalından fərqləndirilməsi çətin olan tətbiqlər yaradılır və insanlar həmin tətbiqləri yükləyərək məlumatların oğurlanması üzrə qurbanlara çevrilirlər. Həmin tətbiqlərdən uzaq durun. Orijinal tətbiqləri Google PlayApp Store online mağazalarından yükləmək məsləhət görülür. Məlumatların oğurlanması hadisəsindən radikal şəkildə qorunmağın yeganə yolu isə ümumiyyətlə Facebook'da qeydiyyatdan keçməmək və ya qeydiyyat artıq realllaşdırılıbsa hesabı bağlamamaq lazımdır. Sadaladığımız sadə məsləhətlərdən istifadə etsəniz öz hesabınızdakı məlumatları bir qədər qorumuş olacaqsınız.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər