main-post-cover

    Facebook-da paylaşdığı postun səhv başa düşülməsi ucbatından həb olundu

    Sosial Media
    24.10.2017
    Farid Pardashunas
    İsrail polisləri Facebook-dakı paylaşımına görə fələstinli şəxsi həbs edib.
    Bunun əsas səbəbi isə Facebook-un, həmin şəxsin paylaşımını səhv tərcümə etməsi olub. Belə ki, fələstinli şəxs ərəb dilində “Sabahınız xeyir” yazıb. Lakin sosial şəbəkənin avtomatik tərcümə sistemi ivrit və ingilis dilinə həmin paylaşımı “Onlara hücum edin” kimi tərcümə edib. İxtisasca inşaatçı olan fələstinli şəxs təhrikçiliklə ittiham olunaraq həbs olunub və bir neçə müddətdən sonra azad buraxılıb.
    15 Oktyabr tarixində paylaşdığı postda onun üzü gülən, bir əlində qəhvə stəkanı, bir əlində siqaret olan və buldozerin yanın çəkilmiş fotosu əks olunmuşdu. Məlumata əsasən heç bir ərəb dilli polis zabiti həmin şəxsi həbs edən zaman onun Facebook-dakı paylaşımını oxumayıb və sosial şəbəkənin avtomatik tərcüməsinə güvənib.
    Məsələ burasındadır ki, ərəb dilində tələffüz zamanı işlədilən “Sabahınız xeyir” cümləsi yazılı formada “Onlara hücum edin” cümləsinə bənzəyir. Bununla yanaşı polis zabitləri səhv tərcümə olunmuş paylaşımı fotodakı buldozerə də aid ediblər. Belə ki, əvvəllər bu nəqliyyat növündən bir çox terror hücumlarında istifadə ediblər. Beləliklə polislər həmin fələstinli şəxsin də hansısa terror hücumu etməsini planlaşdırdığını güman edib. Fələstinli şəxsin dindirilməsi əsnasında baş vermiş səhv müəyyən edilib və həmin şəxs azad olunub.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər