
Facebook-da yeni sistem boşluğu aşkar edildi
Sosial Media
07.05.2017
Farid
Facebook-da, istifadəçilərin məlumatlarını təhlükəyə qoyan yeni sistem boşluğu aşkar edilib.
Sözügedən sistem boşluğunu amerikalı proqramçı Tommy DeVoss aşkar edib. Onun sözlərinə görə bu sistem boşluğu vasitəsilə istifadəçilərin
mail ünvanlarını öyrənmək olar. Bu halda mütəxəssis, istifadəçilərin müxtəlif
mövzularda bir araya gəldikləri Groups funksiyasını nəzərdə tutur. Məlumdur ki,
bu cür gizli qruplarda etibarlı məxfilik ayarları olur. Lakin buna baxmayaraq
qrupun administratoru istənilən istifadəçinin şəxsi məlumatlarını əldə edə bilər.
Sistem çox sadədir. Facebook-a mobil cihazdan daxil olan zaman istifadəçi istər-istəməz
özü haqqındakı məlumatların öyrənilməsini təmin edir. Bu zaman isə istifadəçinin
elektron poçt ünvanı haqqında məlumatların olduğu URL səhifəyə keçid olunur.
Paylaş
Bənzər xəbərlər