main-post-cover

    Facebook-dakı şərhi bəyəndiyinə görə məhkəmə tərəfindən cərimələndi

    Sosial Media
    31.05.2017
    Farid Pardashunas

    İndiyənə kimi hansısa şəxsin Facebook-da müəyyən şərh yazmasına görə onun cərimələnməsi kimi maraqlı hadisələr çox olub.

    Lakin bu dəfə bir ilk olaraq Avropa məhkəməsi bir şəxsi, şərhi bəyəndiyinə görə cərimələndirib. Hadisə, Erwin Kessler adlı aktivistin antisemitizmrasizm mövzularında ittiham olunmasını əks etdirən Facebook postunda baş verib. Həmin postda müəyyən şərhi bəyənmiş şəxs isə cərimələnib. Məhkəmədə qeyd edilib ki, postda şərhi bəyənən zaman şəxs, nalayiq kontentin dəstəkçisinə çevrilir. Onların fikrincə bu, həmin insanın nalayiq şərh yazmasına bərabərdir. Kessler daha əvvəllər də Facebook-da şərh yazmış insanları məhkəməyə verib. 2015-ci ildə o, vegeterianlar üçün nəzərdə tutulmuş festivalın Facebook-da müzakirəsində iştirak etmiş 10 nəfəri məhkəməyə vermişdi. Həmin məhkəmənin nəticəsi olaraq bir neçə nəfər şəxs cərimələnmişdir. Lakin onlar şərh yazmaq üstündə cərimələnməmişdilər. Maraqlısı ondadır ki, AFP adlı agentliyin məlumatlarına əsasən Erwin Kessler daha əvvəllər də rasizmliyə görə məhkum olunub. Lakin məhkəmə, şərhi bəyənmiş şəxsin, Kessler-i həqiqətən də antisemit və rasist olması barəsində heç bir sübutunun olmamasını qeyd edib. Belə çıxır ki, o, şərhi bəyənməsi ilə yalan ittihamları dəstəkləyib. Məhkəmə hakimi həmçinin onu da qeyd edib ki, hansısa şərhin bəyənilməsi, onun daha çox insan və dostlara əks olunmasına gətirib çıxardır. Bu isə yalan ittihamların yayılması deməkdir. Nəticə olaraq şərhi bəyənmiş şəxs, 4000 isveçrə frankına cərimələnib. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər