
Facebook-dakı təhqiredici ifadələrə görə pakistanlı şəxsə ölüm hökmü oxundu
Sosial Media
13.06.2017
Emil
Antiterror məhkəməsi, 30 yaşlı pakistanlıya ölüm hökmü çıxardıb.
Səbəb isə həmin şəxsin Facebook-da
Məhəmməd peyğəmbər barəsindəki təhqiredici şərhlər olub. Bu, dünyada ilk haldır
ki, məşhur sosial şəbəkədə hansısa şəxsin mənfi əməl törədərək ona ölüm hökmü
çıxarılır. Məlumata əsasən Taimoor Raza adlı 30 yaşlı pakistanlını hələ keçən
il həbs ediblər. Raza, Facebook-da istifadəçilərdən biri ilə diskussiya aparıb.
Diskussiya apardığı istifadəçi isə terrorçuluqla mübarizə üzrə casus imiş.
Antiterror məhkəməsi, Facebook-da yaşanmış diskussiya zamanı Raza tərəfindən işlədilmiş
sitatları təqdim etməyib. Raza-nın vəkilinin verdiyi məlumata əsasən ittiham
olunan Raza əslində yerli cinayət məcəlləsinin 298A maddəsinə uyğun olaraq cəzalandırılmalı
idi. Bu maddəyə əsasən dini şəxsləri təhqir etmiş insanlar 2 il müddətinə
azadlıqdan məhrum olunurlar. Lakin sonradan Raza-nın, Məhəmməd peyğəmbəri təhqir
etdiyi üçün onu 295C maddəsilə ittiham ediblər. Pakistanda kafirlik ciddi cinayət
hesab edilir. Məhəmməd peyğəmbərin təhqir olunması kimi həyata keçirilmiş cinayət
isə dəhşətli cəza ilə nəticələnir. Məlumata əsasən 10-larla Pakistan vətəndaşı,
295C maddəsi ilə cəzalandırılıb. Pakistan höküməti aktiv şəkildə qanunu
pozanları axtarır və bu işdə Twiter və Facebook-dan yardım istəyir. Sakinlər həmçinin
SMS vasitəsilə qanunu pozan şəxs barəsində məlumat vermək hüququna sahibdir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
